Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” baş tutdu-FOTO-lar

Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrında yanvarın 13-dən 14-nə keçən gecə üç filmin iştirakı ilə kinomarafon keçirildi.

Saat 23:30-dan səhər saat  6:00-dək  qonaqlar üçün  “Bəd Santa 2”, “Yolka 5” və “Haşhaşilərin kredosu” filmləri nümayiş olundu.

Kinoteatrda musiqi müşayiəti ilə yeni il ab-havası var idi. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdur.

Tədbirin təşkilində dəstək olmuşdurlar:  dublyaj redaksiyası Cinemazadeh, Özsüt restoranlar şəbəkəsi, Red Bull, Sabina parfümeriya-kosmetika mağazalar şəbəkəsi, Papa Johns Pizza Azerbaijan və Baltika-Baku pivə zavodu.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Tədbirdən fotoları sizlərə təqdim edirik.

Fotolar Simon Peter-ə məxsusdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: