Əfsanəvi rok hitlər simfonik orkestrin təqdimatında

Aprelin 14-də Heydər Əliyev adına sarayda İP Orkestrinin təqdimatında dünya rok musiqiçilərinin əfsanəvi hitləri səsləndiriləcək.

Bütün dünyəvi hitlər bir konsertdə musiqi sevərlərə təqdim olunacaq.

Konsertdə İP Orkestri Sankt Peterburqdan ölkəmizə qonaq gələcək İqor Ponamarenkonun rəhbərliyi ilə dünya şöhrətli rok qruplar Queen, AC DC, Deep Purple və.s qrupların repertuarında yer almış mahnılarını səsləndirəcəkdir.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-60 manat təşkil edir. Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: