Əlimizə düşən bütün fürsətləri dəyərləndirməliyik-McLaren komandası

Stoffel Vandorn, McLaren komandasının pilotu:

“İçərişəhərin tarixi mərkəzindən keçən trekdə yarışmaq olduqca maraqlı və bir o qədər də çətin idi. Dar küçələrdə rəqibləri ötüb keçmək çaşdırıcı idi. Yalnız düz yolun sonunda ötmə əməliyyatı üçün real fürsətimiz olurdu. Mənim üçün bazar günü yarışın startı çox əhəmiyyətlidir. Son yarışlara o qədər də yaxşı start verməmişəm. Ötmənin də çətin olduğunu nəzərə alsaq, start mövqeyimizi yaxşılaşdırmalıyıq. Çin Qran Prisində gərgin mübarizə apardıq. Boliddə baş verən nasazlığa görə yarış mənim üçün çətin keçdi. Bu yarışda nəticəmizi yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

ErikBulye, McLaren komandasının Yarış Direktoru:

“Ötən il Bakı trekində baş verən güclü rəqabəti nəzərə alsaq, bu həftəsonu düzgün seçilmiş strategiya əhəmiyyətli rol oynayacaq. Komandamız bütün gücünü bazar gününə səfərbər edir.  Odur ki, baş verənlərə tez cavab vermək olduqca vacibdir. Əlimizə düşən bütün fürsətləri dəyərləndirməliyik. Komandamızın hər iki pilotu bu mövsüm hələ ki, əla nəticə göstərir. Bakı treki öz çətinliyi ilə mövsümün ən rəqabətli yarışlarına şahidlik edib. Bazar günü yarış mövqeyimizin əhəmiyyətini əsas tutaraq, Bakı trekinin çətinliklərini aşmağa hazırıq”.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: