Əməkdar Artist Fərqanə Qasımova Norveçdə konsert verəcək

İyulun 8-də Azərbaycanın Əməkdar Artisti Fərqanə Qasımova Norveçin Forde şəhərində “Forde ənənəvi və dünya musiqi festivalı” çərçivəsində konsert proqramı ilə çıxış edəcək.

Frame.az xəbər verir ki, Aga Khan Musiqi Fondunun direktoru Fairouz Nişanovanın dəvəti ilə festivala qatılacaq F.Qasımovanın qala konsertdə də çıxışı gözlənilir.

Qeyd edək ki, xanəndəni Rauf İslamov, Zəki Vəliyev, Cavidan Nəbiyev, Rəfael Əsgərov müşayiət edəcəklər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: