Əməkdar rəssam Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq.

Nazirlikdən Frame.az-a bildirilib ki, tədbir iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “HAVİSSOS” şirkətinin dəstəyi ilə reallaşacaq tədbirdə rəssamın bir neçə əsəri sərgilənəcək, onun həyat və yaradıcılığını əks etdirən film təqdim ediləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: