Əncirin bilmədiyiniz faydaları

Əncirin faydalarını saymaqla bitməz. Əncir insan bədəninin hüceyrələrini yeniləyir.

Əncir, ehtiva etdiyi yüksək nisbətlərdəki zülal, vitamin və minerallarla hüceyrələrin yenilənməsini təmin edən bir qidadır. 100 qr. quru əncir yeyildikdə bədənin gundəlik ehtiyaclarından kalsiumun yüzdə 17-si, dəmir və maqneziumun yüzdə 30-u, fosforun yüzdə 20-si, B1 vitamininin yüzdə 5-i və B2 vitamininin yüzdə 4-ü alinmış olur.

Əncir tərkibindəki liflər bədənə girən xolesterolun qana qarışmadan atılmasını təmin edir.

Həzmi asanlaşdıran əncirin, bədəni bakteriyalara qarşı qoruyan təsirləri də vardır.

Əncirdəki kalsium, digər qidalara görə daha asan həzm olunur. Süd içməyən insanların əncir yemələri məsləhətdir.

Əncirin tərkibindəki “benzaldehid” adlı maddə ilə xərçəngli hüceyrələrin böyüməsinin qarşısını alır, xərçəngə qarşı təsirli olur.

Quru əncirlə hazirlanan infuziya, xüsusilə uşaqlarda qorxusuzca istifadə edilə biləcək təsirli bir işlətmə vasitəsidir: Bunun üçün iki-üç quru əncir doğranır. Üstünə qaynar su tökülərək 10-15 dəqiqə dəmlənib bir infuziya hazirlanir. Bu vasitədən gündə 2-3 stəkan içilir.

Körpə əncir yarpaqlarının südü ziyillərə qarşı təsirlidir: Bunun üçün körpə əncir ağaclarından sızan südü ziyillərə sürtmək lazımdır.

Körpə əncir yarpaqlarının əzilməsi ilə hazırlanan məlhəm, yara, sıyrıq, çibanın yetişməsi və baş verib açılmasında təsirlidir.

Qurudulmuş əncir yarpaqları ilə hazirlanan detoks, hemoroit (babasil) və cibanlara qarşı təsirlidir: Körpə əncir yarpaqları, hava və günəş görməyən bir yerdə qurudulur. Bu yarpaqlar parçalanır. 2-3 çay qaşığı qurumuş yarpaq bir stəkan suda 30 dəqiqə qədər qaynadılır. Beləcə hazırlanan məhlulla isladılan bez, babasil üzərinə sürtülür ya da cibanlara bağlanır. Hemoroitdə qarşı bu məhluldan gündə 2-3 stəkan içilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: