Əsəblərinizi sakitləşdirmək üçün çıxış yolları

Hirsinizi azaltmaq üçün dərin nəfəs alın, lazım olsa 5 dəqiqə çölə çıxıb təmiz hava alın.

Hirsinizi artıran və sizi sakitləşdirən şeylərin nələrin olduğunu bilin. Bu vəziyyətdə sakitləşdirən şeyləri edin.

Səs tonunuza diqqət yetirin.Hirsliykən belə bunu səsinizdə əks etdirməyin.

Mübahisədə qazanmağı məqsəd qoymayın,haqlı olsanız belə bunu sakit halda sübut etməyə çalışın və ya üzr istəməyi bacarın.

Hirsləndiyinizdə mühitdən uzaqlaşın,hirsinizin azalması üçün oranı tərk edin.

Duyğularınızı yazın. Beş dəqiqə keçdikdən sonra oxuyun. Haqlı və haqsız istiqamətlərinizi daha yaxşı görəcəksiniz.

Mübahisə etdiyiniz mövzunu unutmayın,başqa mövzulara keçməyin.

Güzəştə getməyi bacarın.Hirs səbəbiylə mübahisə edirsinizsə,sonrasında qarşınızdakı insanla otraq məxrəcə gəlmə yolları axtarın.

Çox vaxt haqsız yerə hirslənirsinizsə kömək almaqdan çəkinməyin.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: