Əsaslı şəkildə yenilənmiş Formula 1 reqlamenti yekdilliklə qəbul edilib

Ümumdünya Avtomobil İdmanı Şurası 2021-ci il üçün Formula 1 reqlamentini yekdilliklə qəbul edib. Yürüşlərin rəhbərliyi tərəfindən təklif olunmuş yeni reqlament 2021-ci ildə tətbiq ediləcək.

Frame.az xəbər verir ki, yeni reqlamentin rəsmən təsdiq edilməsi Ostin şəhərində (Texas) keçirilən mətbuat konfransında elan olunub.

FİA-nın prezidenti Jan Todt deyib: “Ümumdünya Avtomobil İdmanı Şurası tərəfindən yekdilliklə qəbul olunmuş reqlamenti dərc etməyə şadıq. Bu sənəd 2021-ci ildən etibarən Formula 1 yarışlarının gələcəyini müəyyən edəcək. İlk dəfədir ki, yarışların texniki, idman və maliyyə aspektləri eyni vaxtda nəzərdən keçirilir. Bizim məqsədimiz daha sabit, təhlükəsiz və maraqlı idman təklif etməkdir”.

Mövcud qaydalara əhəmiyyətli şəkildə yenidən baxılması, o cümlədən bolidlərin aerodinamikasının dəyişməsi yürüş zamanı pilotların ötüb keçmə əməliyyatlarını daha sadə üsulla və tez-tez həyata keçirməsinə imkan verəcək. Bundan əlavə, 2021-ci ildə komandaların məsrəflərinə limit tətbiq ediləcək, yəni müəyyən sahələrdə xərclər 175 milyon dollardan çox ola bilməz. Bu, yarış cədvəlində liderlər və autsayderlər arasında fərqi azaltmağa və çempionatda mübarizəni daha da sərtləşdirməyə imkan verəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: