“Əsrarəngiz Qazaxıstan”

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 9 dekabr 2016-ci il saat 12:00-da “Əsrarəngiz Qazaxıstan” adlı foto sərgi keçiriləcəkdir.

Bildiyiniz kimi 2016-ci il Müstəqil Dövlətlər Birliyi (MDB), həmçinin Qazaxıstan Respublikası üçün də xüsusi ildir. Bu il Qazaxıstan ölkə müstəqilliyinin 25 illiyini qeyd edir. Bu əlamətdar bir tarixdir.

Qazaxıstan öz müstəqilliyi ilə xüsusi təsiredici nəticələrə və böyük nəaliyyətlərə müstəqillik ilində nail oldu. Müstəqilliyinin 25- ci il dönümü ilə əlaqədar olaraq Qazaxıstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyi və Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun birgə təşkilatçılığı ilə ən parlaq və original layihələrdən biri olan “Əsrarəngiz Qazaxıstan” adlı foto sərgini planlaşdırdılar.

Layihə çərçivəsində gənc, peşəkar fotoqraflardan ibarət komanda neçə ildir ki, Qazaxıstanın müxtəlif bölgələrinə səyahət edib ölkənin təkrarsız mənzərələrini çəkərək, onların tarixi sirrlərini tamaşaçıya açmaqda maraqlıdırlar. Səyahət zamanı çəkilən foto əsərlər Qazaxıstanı bütün gözəlliyi və möhtəşəmliyi ilə nümayiş etdirir. Onlar Qazaxıstan təbiətinin müxtəlifliyini, heyrətamizliyini, əsrarənliyini, zəngin rəngarəng fəzasını və qədim əfsanələrini özündə əks etdirir. Artıq bu sərgi Nyu York, Pekin, Paris, Seul, Moskva, Budapeşt və digər şəhərlərdə nümayiş olunub.

Bu münasibətlə 9-16 dekabr 2016-cı il tarixinədək Azərbaycanda olan Qazaxıstanın Fövqəladə və Səlahiyyətli Səfirliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə ADRA Muzey Sərgi Kompleksində “Əsrarəngiz Qazaxıstan” adlı foto sərgi keçirilir.

Sərgidə 40-dan artıq bədii fotoqrafiya nümunəsi nümayiş olunur.

Sərgi 16 dekabr tarixinədək davam edəcəkdir.

Sərginin rəsmi açılış mərasimi 9 dekabr 2016-ci il saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: