“Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC  “Əsrin müqaviləsi”nə həsr olunmuş poçt markalarını tədavülə buraxıb.

Buraxılış 11 növ 20 ədəd (4×5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165×185 mm, markaların ölçüsü 40×28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq “əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub. Digər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır (soldan-sağa sayıldıqda vərəqdəki şərti sıra nömrəsi ilə):

№2. “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi;

№4. “Çıraq” platforması;

№5. “Mərkəzi Azəri” platforması;

№7. Səngəçal terminalı;

№10. “Şərqi Azəri” platforması;

№12. “Qərbi Çıraq” platforması;

№13. “Dərinsulu Günəşli” platforması;

№15. “Qərbi Azəri” platforması;

№18. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri;

№20. Ceyhan terminalı.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt vərəqi 20 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Həmçinin, xüsusi xatirə möhürü və 5500 ədəd Birinci gün zərfləri də hazırlanıb.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: