Frame LifeIdmanTəqdimatƏyləncə

Əfsanəvi futbol fristayleri Sean Qarnyer MFL-ə qarşı!

Azərbaycanda həvəskar futbolu peşəkar səviyyədə küçələrdən meydanlara gətirən Mini Futbol Liqası – MFL bu dəfə Fransanın əfsanəvi futbol fristayleri Sean Qarnyeri öz meydanına gətirir.

İyunun 7-də “Sportster” idman meydançasında saat 21:00-da baş tutacaq görüşdə fransalı fristayler Mini Futbol Liqasının ən güclülərindən ibarət “MFL All Stars” yığmasına qarşı çıxacaq. Bakı, yoxsa Paris küçələrindən gələn futbolçuların daha güclü olması “ulduz döyüşünün” baş tutacağı meydanda aydınlaşacaq.

Bəs əfsanəvi Sean Qarnyer ilə görüşmək, bir-birindən maraqlı yarışlarda öz gücünüzü sınamaq və dəyərli hədiyyələr qazanmaq imkanına nə deyirsiniz?

Bu söhbətdə siz də varsınızsa, pulsuz biletinizi McDonald`s restoranlar şəbəkəsindən əldə edin.

Tədbirin sponsorları McDonald`s restoranlar şəbəkəsi, Muğan Bank, Baku City Hospital və “Universal” tikinti avadanlıqları şirkətidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!