Sosial

“Əlillər və cəmiyyət” adlı hesabat xarakterli tədbir keçirilib

BMM – in dəyirmi zalında “Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyinin təşkil etdiyi “Əlilllər və cəmiyyət” adlı hesabat xarakterli tədbir keçirilib. Tədbir 09-11.05.2017 – ci il tarixlərdə Türkiyənin İstanbul şəhərində “Destekli Yaşam Strateji, Araştırma və Uygulama Merkezi”nin təşkilatçılığı ilə təşkil olunan I Destekli Yaşam Sektörü Buluşması əlil iş adamlarının bir araya gəldikləri, gələcək biznes layihələrini müzakirə etdikləri proqramda Azərbaycan nümayəndə heyəti kimi iştirak edən “Əlil Sahibkarlar Təşkilatı”, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” və “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliklərin təmsilçilərinin konqres barədə Azərbaycan ictimaiyyətinə hesabat verməsi xarakteri daşıyıırdı.

“Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyinin sədri Mirzə Məmmədvəliyev yeriyə bilməyən, eşitmə, görmə qabilliyyətindən məhrum olan, əllərini istifadə edə, öyrənmə çətinliyi olan ictimai qruplara istiqamətli dəstək texnologiyaları, məhsul, xidmət, iş və investisiya modellərini mövzu alan konqresdə  tədbir iştirakçılarına geniş məlumat verərək,  əlil insanların bu gün ictimai həyata atılmasından, cəmiyyətə adaptasiya olmalarından danışıb. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Rada Abbas isə bu cür tədbirlərin ölkəmizdə də təşkil olunmasının vacibliyini vurğulayıb. Tədbirdə  Türkiyədə olan nümayəndə heyətinin çıxışlarından  ibarət video çarxlar, şəkillər nümayiş olunub.  Konqresdə numayiş olunan əlillərimizin əl işlərinin diqqət mərkəzində olduğunu qeyd edilib.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!