EventsHandmadeŞəkillərTəqdimat

“Əlvan iplərin oyunu”

Xalça Muzeyində “Əlvan iplərin oyunu” adlı sərginin açılış mərasimi keçirildi

Oktyabrın 7-də Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu – Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalqının mədəni sərvəti olan xalça sənəti haqqında məlumat verib, ölkəmizdə xalçaçılığın qorunması və inkişafına böyük diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xalça Muzeyi üçün yeni bina inşa olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildən ənənəvi olaraq Azərbaycan xalçaçılığı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Məlumat verilib ki, 2015-ci ilin aprelində Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlıq memorandumu imzalanıb. Bu gün açılan sərgi də həmin çərçivədə keçirilir.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, Memorandum çərçivəsində, həmçinin 2017-ci ildə Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan xalçası sərgisi keçiriləcək.
Belqrad Etnoqrafiya Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mircana Minkova Bakıya gətirilən kolleksiya – Pirot kilimləri haqqında məlumat verib. Qeyd edilib ki, Belqrad Etnoqrafiya Muzeyində 1792-1932-ci illərdə toxunan 169 kilim saxlanılır. Serbiyanın cənub-şərqində yerləşən Pirot şəhəri XVIII- XIX əsrlərdə kilim toxuculuğunun əsas mərkəzi olub.
M.Minkova rəhbərlik etdiyi muzeyin tarixi barədə də danışıb və sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, “Əlvan iplərin oyunu” adlı sərgi noyabrın 6-dək davam edəcək. 14495254_1460727287276758_4150201404376638549_n 14572386_1460727493943404_4341692214781882435_n 14601016_1460727587276728_5026526317968089145_n 14563528_1460727583943395_3493608686041926244_n 14516464_1460727823943371_2778790353446582314_n 14568188_1460727920610028_68440938150836058_n 14495432_1460728037276683_2848409440980244267_n 14568158_1460728040610016_9070911024292781266_n 14572231_1460728107276676_4162186873092453257_n 14572902_1460728213943332_3909908814493212483_n 14611092_1460728353943318_8938204582324672140_n 14641940_1460728377276649_821604673230195705_n 14502888_1460728433943310_2298792575450575472_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!