EventsMusiqiMədəniyyət

Əməkdar artist,qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist,qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə,

Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində

Əməkdar artist,qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək.

Gecədə Xalq artisti,bəstəkar Tofiq Bakıxanov,Milli Konservatoriyanın rektoru,Xalq artisti Siyavuş Kərimi,Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov,Əməkdar incəsənət xadimi,bəstəkar Aydın Əzimov və Kənan Əsədov çıxış edəcəklər.

Konsertdə Xalq artistləri Aftandil İsrafilov,Ənvər Sadıqov,Gülyaz Məmmədova,Əməkdar artistlər Nuriyyə Hüseynova,Teyyub Aslanov,Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov,qarmon ifaçıları Aydın Əliyev,Teyyub Teyyuboğlu,klarnet ifaçısı Qulammirzə Mirzəyev musiqi nömrələri təqdim edəcəklər.

Tədbir  noyabrın 7-də saat 19-00 -da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!