MədəniyyətTəqdimat

“Əsirlikdəki incilərin hekayəti” adlı tədbir keçirilib-fotolar

6 may 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyi və onun tərkibində fəaliyyət göstərən Şuşa filialının təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 25-ci ildönümünə həsr olunmuş “Əsirlikdəki incilərin hekayəti” adlı tədbir keçirildi.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın dilbər güşəsi, qədim tarixi diyarımız olan Şuşanın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaq idi.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayon üzrə nümayəndəsi Zahid Abbasov, Azərbaycan Radiosu “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Sultan Əlixanlı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə, Şuşanın mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini və Şuşayla bağlı xatirələrini bölüşdülər.

Həmçinin “Əsirlikdəki incilərin hekayəti” adlı tədbirdə Qarabağın işğalı zamanı ermənilər tərəfindən oğurlanaraq, antik erməni xalçası adi altında ABŞ-ın Kaliforniya ştatında yerləşən Los Angeles şəhərində hərraca çıxarılan, lakin Elşad Tahirov tərəfindən alınan və 25 ildən sonra Azərbaycana qaytarılan xalçanın təqdimatı keçirildi. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!