GözəllikParfümeriyaPartnershipPsixologiyaSağlamlıqTəqdimat

“Ətirlərin psixologiyası” adlı tədbir keçirilib

Hər zaman fərqli və maraqlı görüşləri ilə yadda qalan həkim-psixoterapevt, ilin həkimi Afət xanım Əsgərzadə bu dəfə də maraqlı bir tədbir həyata keçirib. Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf edən bu görüş “Ətirlərin Psixologiyası” adlanıb. Tədbir üçün məkan da təsadüfi seçilməyib.

Dünyanın aparıcı ətir istehsalçıları ilə əməkdaşlıq edən, tanınmış markaların xammalını ölkəmizə gətirən Azərbaycanın ən sevilən parfüm evlərindən biri olan “İydə” parfum evində baş tutan bu görüşdə Afət xanım qonaqlara ətirlərin tarixçəsindən, düzgün istifadə qaydasından, ətirlərin insanlara psixoloji təsirlərindən söz açıb.

Qeyd edək ki, Afət xanım bu tip silsilə görüşləri gələcəkdə də davam etdirmək niyyətindədir. Onun fikrincə çox vaxt ətirləri əhvalımıza görə seçirik. Amma, demə, ətirləri təkcə əhvala, trendə və ya fəsilə görə deyil, həm də, temperamentə görə də seçmək lazımdır. Bildiyimiz kimi psixologiyada 4 tip temperament var: sanqvinik, fleqmatik, xolerik, melanxolik.

Sanqviniklərə ideal formada parlaq, freş və yüngül ətirlər yaraşır. Sakitləşdirici təsir üçün isə sanqviniklər səndəl, lavanda, lotos çiçəyi, qardeniya, ylanq-ylanq notlu ətirlərdən yana seçim etməlidirlər. Və bu temperamentin nümayəndələri, adətən, uniseks ətirlər istifadə edirlər.

Fleqmatik – təbiət balanslı, düşüncəli, çalışqan, çox səbrli xarakterə malik olur. Onlar sakitliyi və ölçüb-biçməyi özlərinə yaraşdırırlar. Çox az emosional olurlar. Belə sakit insanlar parlaq sitrus və ədviyyat vurğulu ətirləri seçirlər. Təbiətlə təmas təşkil edən xarakterləri ağac notlardan ud, səndəl, palıd yosunu, paçuli ilə “dost”luq etməyə imkan verir.

Xolerik– cəld, sürətli, tamamilə balansda olmayan və çox implusludur. Belə insanlar həm də aqressiv ola bilirlər. Adətən, parlaq, sitrus, istiot, ədviyyat notlu, şərq vurğulu və ekzotik vanil ya da ki, ədviyyat, ənbər çalarlı ətirləri bəyənirlər. Lavanda, sakit ağac notlu, ilanq-ilanq, ladan notlu ətirlər onların psixoloji gərgin vəziyyətini sakitləşdirir.

Melanxolik– xəyal quran, çox həssas, tez-tez başqalarına bağlanan, romantik təbiətli, yaxşı dostluq etməyi bacaran insanlar olurlar. Buna baxmayaraq, onlar depressiyaya meyilli olurlar. Baxmayaraq ki, melanxoliklər iris və  ya bənövşə, incə pudra çalarlarında ətirlərə üstünlük verirlər, amma zərif çiçək qoxular – qızılgül, yasəmən – onların həyatlarına optimist hava qatır. Yüksək əhvala malik təbiətləri isə sitrus notlardan ilham alır. Şirin qoxular onlarda hormonal dəyişiklik edir və serotonin (xoşbəxtlik hormonu) ifraz edərək, əhvallarının yüksək olmasına səbəb olur.

Görüş intelektual şəkildə davam edib. Ətirlər haqqında səsləndirilən suallara ən dolğun cavab verən qonaqlar “İydə” parfum evindən hədiyyə ətirlər əldə ediblər.

Tədbirdə həmçinin “İydə” parfumeriya evinin yeni “Xəmsə” kolleksiyası da təqdim olunub. Nizami Gəncəvinin məşhur Beşliyinə daxil olan bütün poemaların adları bu  kolleksiyada təqdim olunan ətirlərdə öz əksini tapıb.

Özünü, dünənini, cəmiyyətdəki yerini və içində gizlin saxladığı bütün hissləri bir şüşə ətirdə tapmaq istəyənləri “İydə” Parfüm evi Azadlıq prospekti   175E (keçmiş Proqress mağazasının yanı) ünvanında gözləyir.
Tədbirin ideyası Magnolia Wellness-ə məxsusdur.

Ülviyyə Ədalətqızı

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!