Oxu zalıTəqdimat

“Письмо мужу моей невесты” kitabının təqdimatı keçirilib

Sentyabrın 30-da “AZƏRKİTAB” – Kitab Təbliğatı Mərkəzində gənc yazar
Elşən Məmmədlinin “Письмо мужу моей невесты” kitabının təqdimatı keçirilib.

Yeni kitabını oxuculara təqdim edən Elşən Məmmədli ilk hekayələrini hələ 4-cü sinifdəykən yazdığını, ilk kitabınınmövzusunu isə 16 yaşında dostunun ölümündən kədərləndiyi bir vaxtda idmandan evə qayıdarkən yolda qələmə almaq qərarına gəldiyini deyib. Son nəşri olan “Письмо мужу моей невесты” kitabı barədə məlumat verən yazıçı bu topluya daxil olan hekayələrdə həyatda öz mövqelərini itirmiş, müəyyən mənada cahillik bataqlığında boğulan insanlar haqqında söhbət açıldığını qeyd edib. Daha doğrusu bizlərə də xas olan böyük nöqsanlardan-mənsəbpərəstlikdən, hakimiyyət hərisliyindən, eqoizm və sünilikdən, ifrat dərəcədə qürurdan və məsuliyyətsizlikdənsöhbət açılır.

Müəllif öz prizmasından insan qəlbinə çökmüş qaranlığa işıq salır,oxucunu hər hekayədə müxtəlif personajlarla tanış edir, onlara başına gələn əhvalatlardan söz açır. Monoloqlarda olan fəlsəfi fikirlər heç kimi biganə qoya bilməz. Yəqin ki,hər bir kəs bu hekayələrdə özünə lazım olanı tapa bilər. Tanınmış ziyalıların və yazıçıların iştirak etdiyi tədbirdə gənc yazıcının yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən söhbət açıldı, ona daim öz imkanlarından daha böyük hədəflərə köklənməyi tövsiyyə olundu. Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi Natiq Rəsulzadə çıxış edərək Elşən Məmmədlinin gənc yazıçı olmasına baxmayaraq artıq yazıçılıq sənətinin sirrlərini mənimsəməyə başladığını deyib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!