ANIMA.AZ ikinci müsabiqəsini elan edir!

Əziz Dostlar! ANIMA.AZ elektron portalı ikinci müsabiqəsini elan edir!

Bu dəfə üç mükafat oynanılır! İştirakçılara aşağıdakı 3 mükafatdan birini əldə etmək şansı veriləcək!

Müsabiqədə iştirak etməklə, Siz, “Azərbaycan animasiyası” kitabı layihəsini dəstəkləyə və milli multiplikasiyanın inkişafına kömək edə bilərsiniz! Məhz Sizdən çox şey asılıdır – biz kitabın çapı üçün lazım olan məbləği birlikdə toplayacağıq!

• 1-ci yer – “Azərbaycan animasiyası” kitabının hədiyyəlik nəşri
• 2-ci yer – “Siçan və pişik” cizgi filmindən gəlincik-personaj (tanınmış gəlincik ustası Yuliya Nalçıbasmazın eksklüziv əl işi)
• 3-cü yer – 19-21 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçiriləcək “ANİMAFİLM” – Birinci Beynəlxalq Animasiya Festivalının bütün tədbirlərində iştirak üçün pulsuz bilet qazanmış olacaq.

Bu kitabin yaranmasında 100-dən yuxarı həmvətənimiz iştirak edir. Onların sayəsində artıq 1819 ABŞ dolları məbləğində vəsait toplanıb. Bu şəxslərin soyadlarını ANIMA.AZ saytında görmək olar.

“Azərbaycan animasiyası” kitabı 2018-ci ilin oktyabr ayında çap olunacaq və ANİMAFİLM Birinci Beynəlxalq Animasiya Festivalında təqdim olunacaq.

Müsabiqədə iştirak etmək üçün BU POSTU paylaşmaq yaxud kitab layihəsini 1 manat və ya daha böyük məbləğ ödəməklə dəstək ola bilərsiniz.

Pulu aşağıdakı hesaba köçürmək olar:

Bank Respublika
Hesab nömrəsi: 380194400209511702
Şəxsiyyət vəsiqəsinin nömrəsi: 09436217

Vəsaiti həmçinin posterminal vasitəsilə ilə də köçürmək olar. Köçürmə ilə bağlı təlimata BURDAN baxa bilərsiniz.

15 Sentyabr 2018-ci il tarixinə qədər müsabiqədə iştirak etməyə çalışın! Qaliblər, təsadüfi qalibləri müəyyənləşdirmək xidməti yolu ilə təyin ediləcək. Nəticələr 20 sentyabr 2018-ci il tarixində ANIMA.AZ saytında elan ediləcək.

Müsabiqədə iştirak etməklə maliyyə töhfəsi vermiş şəxslərin adları saytda qeyd olunacaq və kitabda çap ediləcək.

Biz Sizin dəstəyinizi gözləyirik! Bu layihəni dəstəkləmələ, Siz, Azərbaycan animasiyanın inkişafına əvəzsiz töhfə vermiş olcaqsınız!

ANİMA.AZ ©

Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: