Baku City CircuitFormula 1IdmanƏn Son

1 və 2 günlük biletlər satışda!

2019-cu il başlayıb və indi bizi Azərbaycan Qran Prisindən cəmi 3 ay ayırır! İlin ən həyəcanlı idman yarışlarından birinə hələ də bilet almamısınızsa, sizin üçün əla fürsət yaranıb! Artıq Formula 1 Azərbaycan Qran Prisi 2019-a 1 və 2 günlük biletlər də satışdadır.

1 günlük biletlərlə cümə günündə2 günlük biletlərlə isə şənbə-bazar günlərindənəfəskəsən Qran Pri atmosferinə qərq ola bilərsiniz. Yaz aylarında Bakı küçələrində pilotların gərgin mübarəzini izləmək, sizi darıxmağa qoymayacaq əyləncələrdən həzz almaq, dünyanın ən möhtəşəm idman tədbirlərindən birini doğma şəhərinizdə canlı yaşamaq və dünya ulduzlarının heç vaxt unutmayacağınız möhtəşəm şoularını izləmək istəyirsinizsə, 1 və 2 günlük biletləri almağa tələsin!

Yox, əgər Qran Pri həyəcanını tam yaşamağı düşünürsünüzsə, 4 günlük biletlərimizi əldə edə bilərsiniz. Bu biletlər sizə ən güclülərin yarışı, rəngarəng əyləncələr və ulduzların unudulmaz konsertləri ilə yanaşı, Qran Prinin ən gözlənilən tədbirlərindən biri ㄧ cümə axşamı günü baş tutacaq Pit Leyn Gəzintisinə qatılmaq imkanı verir.

Tələsin, yazın ən yaddaqalan günlərini aktivinizə yazın!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!