10-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 2-16 oktaybr tarixilərində keçiriləcəkdir.

Bakıda Avropa Film Festivalınıln 10 illik yubileyi ilə basğlı Bakıda 14 məftunedici Avropa kino günləri keçirildi. Proqrama 14 Avropa İttifaqı ölkəsindən və Azərbaycandan 15 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilmişdir. Festivalda Avropa kino industriyasının ən son trendləri ilə tanış olmaq, festivalın qonaqları olan Avropanın aparıcı film rejissorları ilə görüşmək, müzakirə aparmaq imkanı təklif edildi.  Avropa İttifaqının Səfiri Kəstis Yankauskasın rəhbərliyi altında keçirilən mətbuat konfransında KİV nümayəndələrinin müxtəlif səpkidən olan sualları cavablandırıldı. Yeri gəlmişkən, yubileylə əlaqədar Park Cinema qonaqlara Festival günlərində onlara ən uyğun ola biləcək vaxtda gündə bir filim təqdim ediləcək.

2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 133 film nümayiş etdirilmiş, Avropanın 23 film rejissoru və aktyoru Azərbaycana səfər etmişdir.

Qeyd edək ki 2 oktyabr 19:00 tarixində filimlərdən ONE LAST DEAL , THE SON OF SAUL,  4 oktyabr 19:00 tarixində DUKLA 61 , 7 oktyabr 19:00 tarixində THE BRA , 11 oktyabr 19:00 tarixində GODS, 16 oktyabr 19:00 tarixində NABAT nümayiş olacaqdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: