FashionFrame Life

Gül balalar podiumda

7 May tarixində Bilgah Beach Hotel”-də “ Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “ Kids Fashion Show ” yarışması keçirildi. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib.

“Gül Bayramına“həsr olunmuş tədbirdə modellərin 42-si qız, 42-si oğlan olmaqla 84 model və 28 modelyer iştirak edib.

Tədbirdə 28 modelin kolleksiyaları, əl işləri təqdim olunub. 84 modeldən 3 qız və 3 oğlan qalib seçilib.

Münsiflər xalq artisti Məleykə Əsədova, müğənnilər Elnur Məmmədov, Yeganə Sadıqova, “Yes” moda evinin rəhbəri, vizajist-stilist Nata İsm olub. Tədbir aparıcı Şəhriyar Əbilovun qonaqları təqdim etməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin ad gününə və gül bayramı münasibətilə təşkil edilən mərasimdə Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim olunub.

Balaca müğənninin ifası ilə davam edən tədbir artıq 10-cu dəfədir ki, keçirilir. Tədbirdə uşaqlara yarışmaya dəstək olan təşkilatlardan müxtəlif hədiyyələr təqdim olunub.

“Star Kids” şirkətinin rəhbəri Aygün Əliyeva tədbir barədə öz təəssüratlarını bölüşüb: “Həmişəki kimi çalışıb- vuruşub nəticəli bir iş çıxartmışıq. Bu gün daha fərqli şou oldu. İştirak sayına görə ilk dəfədir ki, 84 uşaq iştirak edib. 8 modelyerin əl işi təqdim olundu. Çox gözəl rəngarəng çalarlarda geyimlər hazırlanıb. İnanıram ki, hər zaman olduğu kimi münsiflər düzgün qərar verəcək”.

Yekun rəylər və xallara əsasən aşağıdakı qaliblər təyin olunub. Frame.az

QALIBLƏR

Qızlar arasında:                                                 Oğlanlar arasında:

1-ci Yer Qalibi Model:

Aytac Bayramova

1-ci Yer Qalibi Model:

Raul Qazizadə

1-ci Yer Qalibi Modelyer: 1-ci Yer Qalibi Modelyer:
 Yasəmən Əhmədova Reyhan Muradova
 2-ci Yer Qalibi Model: 2-ci Yer Qalibi Model:
 Amira Səfərova Rəsul İmanlı
2-ci Yer Qalibi Modelyer: 2-ci Yer Qalibi Modelyer:
 Aysel Əliyeva Günel Əhmədova
3-cü Yer Qalibi Model: 3-cü Yer Qalibi Model:
 Yagmur Şükürova Rasim Həbibli
3-cü Yer Qalibi Modelyer: 3-cü Yer Qalibi Modelyer:

Aysel Abbasova                                                          Ayşən Hebibova

Nominasiyalar:

Мисс Цветочек: 

Məryəm Qafarzadə

Мистер Улыбка: 

Məhəmmədsəid Məlikzadə

 

Мисс Шарм:

Xədicə Allazova

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!