Frame LifeMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində VII Şairlər Günü keçirilib

Bu dəfəki tədbir xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunmuşdu. Mərasim Azərbaycan Yazıçılar Birliyi və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə baş tutub. 

Tədbir Məmməd Arazın “Məni qoyma təkliyə” şeirinin  onun öz ifasında videogörüntü ilə başlayıb. 

Xalq yazıçısı Anar Məmməd Arazın yaradıcılığına toxunaraq qeyd edib ki, Azərbaycan dili yaşadığı müddətdə Məmməd Araz da yaşayacaq. 

Millət vəkili Qənirə Paşayeva tədbirin ölkələr arasında dostluq əlaqələrinin qurulması baxımından vacibliyinə toxunub: “Şairlərin qurduğu körpülərin bünövrəsi sevgidən olur və sevgidən qurulan körpuləri heç kim dağıda bilməz”. 

Daha sonra çıxış edənlərə İLESAM-ın sədri Mehmet Nuri Parmaksız tərəfindən İLESAM-ın mükafatı və AYB tərəfindən Mikayıl Müşfiq mükafatı təqdim olunub. 

Tədbirdə şairin ailə üzvləri ilə yanaşı, türkiyəli şairlər də iştirak ediblər. 

Qeyd edək ki, Mikayıl Müşfiqin anadan olması ilə əlaqədar hər il iyunun 5-də qeyd olunan Şairlər Günü artıq üçüncü ildir keçirilir. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!