Azərbaycanda məktəblilərin ən iri idman yarışı olan “Olympic Moves” proqramının bağlanış mərasimi keçirilib

Bakının “Sərhədçi” İdman Olimpiya Mərkəzində Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi(MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib.

“Olympic Moves” proqramının əsas məqsədi məktəblilər arasında yüngül atletika, velosiped idmanı, voleybol, basketbol 3×3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdlərin və ümumilikdə, gəncliyin inkişafına töhfə vermək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Bağlanış mərasimin ilk mərhələsi olaraq badminton və basketbol üzrə yarışlarınfinalı keçirilib. Badminton üzrə isə keçirilən finala Suraxanırayonunun 104 saylı, Yasamal rayonunun 286 saylı və Xətairayonunun 260 saylı orta məktəbləri vəsiqə qazanıb ki, nəticədə çempion adına Suraxanırayonunun 104 saylıməktəbi layiq görülüb. Yarışın 3-cü pilləsindəXətairayonunun 260 saylıorta məktəbi qərarlaşıb.

Basketbol idman növü üzrə keçirilən finalda Nizami rayonunun 220 saylı orta məktəbiXətairayonunun 17 saylı orta məktəbi ilə görüşüb və nəticədə220saylı məktəb qalib gəlib. Yarışın 3-cü yerini Nərimanov rayonunun“Ankara”məktəb-liseyi tutub.

Yüngül atletika üzrə yarışlarda 2-ci və 3-cü yeri müvafiq olaraq “Ankara” məktəb-liseyi və Nizami rayonunun 145saylı orta məktəbitutub, finalda isə Nəsimi rayonunun 160 saylı orta məktəbinin komandası yarışın ən yüksək pilləsinə layiq görülüb.

Velosiped idmanı üzrə keçirilən finaldabirinci yer uğrunda Suraxanı rayonunun 114saylı və Xətai rayonunun 29saylı orta məktəblərinin komandaları mübarizə aparıb ki, nəticədə yarışın qalibi 29saylı məktəbin komandası olub. Sözügedən idman növü üzrə üçüncü yeriSumqayıt şəhəri 4 saylı məktəbinin komandası tutub.

Voleybol üzrə yarışların final mərhələsində isə Xətai rayonunun 269 saylı orta məktəbi qalib gəlib. Binəqədi rayonunun 248 saylı və Səbail rayonunun 236 saylı orta məktəbləri isə müvafiq olaraq 2-ci və 3-cü yerləri qazanıblar.

Qalib komandalar MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinç Güzeltərəfindən mükafatlandırılıb. Bağlanış mərasimində komandaları 1500-dən çox izləyici dəstəkləyib.

«“Coca-Cola” şirkəti, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi ilə birgə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyimiz “Olympic Moves” proqramı məktəblilərin şəxsi inkişafına birbaşa təsir edir və onlara Olimpiya dəyərləri ilə yaxından tanış olmaq imkanı verir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yarışlar bu il Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt şəhərlərində və Göygöl rayonunda da təşkil olunmuş və bununla da proqramda yer alan iştirakçıların sayı 90 minədək yüksəlши», – deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Tədbirdə voleybol, atletika, velosiped idmanı, badminton, basketbol idman federasiyalarının, MOK, Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin səlahiyyətli şəxsləri iştirak ediblər.

«“Olympic Moves” proqramı 2015-ci ildə Bakıda start götürüb. 2016-cı ildə isə bu yarışmanın coğrafiyası genişləndi – bizim hamımızın sevdiyi Sumqayıt, Gəncə və Göygöl şəhərləri də bu proqrama qoşuldu. “Coca-Cola”-nın dəstəyi ilə həyata keçirilən “Olympic Moves” uşaqlarda idmana həvəs yaradır, onlarda komanda ruhunu yetişdirir, yeni dostlar qazandırır, özünə inam, özünə güvən kimi həyatda vacib keyfiyyətləri qazandırır. Bunlar hamısı uşaqların inkişafına müsbət təsir edir, onların xoşbəxt gələcəyi üçün yol açır. İnanıram ki, bu proqram nəticəsində gələcəyin uğurlu idmançıları və sağlam vətəndaşlarımızın sayı daha da çox olacaq”, – deyə “Coca-Cola” şirkətinin baş direktoru Erdinç Güzel vurğulayıb.

Sonda rəsmilər tərəfindən mətbuat nümayəndələrinə “Olympic Moves”proqramı haqqında məlumat verilib və gənclər üçün şou-proqram təşkil olunub.

Sözügedən proqrama 400-dən çox Bakı, Sumqayıt, Gəncə və Göygöl şəhərlərindənorta ümumtəhsil məktəblərində təhsil alan 90 minədək şagird yüngül atletika, badminton, basketbol 3×3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb.4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və bu gün Bakı Sərhədçi İdman Olimpiya Mərkəzindətəşkil olunan final və idman festivalı ilə başa çatıb.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: