Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Segah” muğamı məharətlə ifa olunub

Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində icrasına 16 may tarixində “Rast” muğamı ilə start verilmiş möhtəşəm “Muğam axşamları” çərçivəsində “Segah” muğamı ifa edilmişdir. Muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə (tar – Əliəsgər Məmmədov,  kamança- Xəyyam Məmmədov, ud – Xəyyam Quliyev, qanun – Aysu Sadıqova, balaban – Abuzər Güləliyev, nağara – Ramin Abdullayev) xalq artisti Zabit Nəbizadə, xanəndələr Kamilə Nəbiyeva və Mirələm Mirələmov dinləyicilərə çatdırmışdır.

“Segah” muğamı Azərbaycanın ən çox sevilən 7 əsas muğamlarından biridir.Azərbaycan muğamları içərisində  “Segah” ən geniş yayılmış və sanballı dəstgahlardandır.”Segah” muğamı ailəsinə “Orta segah”,”Xaric segah”,”Mirzə Hüseyn segahı”,”Zabul segah”,”Haşım segahı”,”Yetim segah” daxildir.

Xanəndələr və musiqiçilər tərəfindən böyuk məharətlə, ustalıqla təqdim olunan muğamın ifası salonda güclü emosional ovqat yaradaraq ,tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və dəfələrlə alqışlarla müşayiət olundu.

Mayın 13-də layihədə nəzərdə tutulmuş növbəti konsert “Çahargah” muğamının ifasına həsr ediləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: