Beynəlxalq Muğam Mərkəzində keçirilən 6 cı Muğam Televiziya Müsabiqəsinin yarımfinalı başa çatdı

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirlıiyinin yaxından iştirakı Azərbaycan Televiziya təşkilatçılığı ilə 6 – cı Muğam Televiziya Müsabiqəsinin yarımfinalı Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Münsiflər heyyətinin üzvləri respublikanın Xalq artistləri Arif Babyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi,əməkdar incəsənət xadimi Sərdar Fərəcov, əməkdar incəsənət xadimi Nadir Axundov iştirakcıların çıxışlarına 10 ballıq sistemə əsasən qiymətləndirdilər.

Səhnəyə ilk olaraq Valid Abdullayev  çıxdı və Rast muğamı ifa edərək münsiflərin qiymətləndirilməsinə görə  70 bal topladı. Daha sonra Səma Sultanova – Bayatı İsfahan muğamı (70 bal) , Nurlan Namazov – Mirzə Hüseyn Segahı (70 bal) Rəvanə Əmir – Mahur Hindi muğamının (70 bal) şöbələrini ifa etdi.

Dinləmələr həftəinin cümə axşamı davam etdi və sıhnıyı ilk olaraq Məcid Əsri çıxaraq Rast muğamı ifa etdi və 70 bal topladı. Daha sonra Almaxanım Əhmədli – Şahnaz muğamı (70 bal) və Pərviz Qasımov – Mahur hindi muğamı (70 bal) ifa etdilər.

Bütün iştirakçılar 70 bal topladıqlarına görə müsabiqənin şərtlərinə əsasən müsabiqənin ilk günündən bu günə qədər toplanan ballar hesablanmalı və ən az bal toplayan iştirakçı müsabiqədə iştirakını dayandırmalı idi. Amma münsiflər heyətinin qərarına əsasən 7 iştirakçının hamısı finala vəsiqə qazandı.

Müsabiqənin finalı 12 iyun Heydər Əliyev Mərkəzində keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: