EventsFestivallarMuğamMusiqiTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində daha bir gözəl konsert keçirildi

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının “Yaradanlar və yaşadanlar” adlı verilişinin növbəti konserti Şövkət Əkəlbərovanın yaradıcılığına   həsr edilmişdi.
     Konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və  Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində baş tutmuşdur.
     Gecədə хalq artisti Aygün Bayramova -“Küsüb məndən”, əməkdar artistlər Zakir Əliyev – ”Dərələr”, Almaz Orucova – ”Bu dünya”, Bəyimxanım Vəliyeva – “Yavaş-yavaş”, Ehtiram Hüseynov -“Gəlmədin”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Səbinə Ərəbli -“Aldatmayaq bir-birimizi”, Zabitə Əliyeva -“Güldür məni” mahnılarını ifa etmişdilər.
     İfaçıları  хalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə “Səadət” instrumental ansamblı müşayiət edirdi.
     Konsertin son nömrəsi olan “Tövhə” mahnısı  tamaşaçılara  Bəyimxanım Vəliyeva və Aytən Məhərrəmovanın    ifasında təqdim edilmişdir.
    Konsertin aparıcısı,Əməkdar artist Rəşad İlyasov idi.
    Konsert maraqla və alqışlarla qarşılanmışdır.
   Oktyabrın 18- də Beynəlxalq Muğam Mərkəzində “I am jazzman!” adlı müsabiqə qaliblərinin qala-konserti keçiriləcək.  Biletləri şəhərimizin kassalarında, “ASAN xidmət” mərkəzlərində və İticket. az(online) saytında əldə etmək olar.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!