EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirildi

Oktyabrın 10- da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən  “Mədəniyyət” kanalının “Azərbaycan xalq mahnıları” adlı festivalı çərçivəsində   növbəti konsert oldu.

Gecədə Xalq artisi Samir Cəfərov, Əməkdar artistlər Anar Şuşalı, İlahə Əfəndiyeva, Afaq Abbasova   azərbaycan xalq mahnılarının vokal ifalarını tamaşaçılara təqdim  ediblər.

Daha sonra Şəhla Həsənovanın bədii rəhbərliyi ilə Cahangir Cahangirov adına Azərbaycan Televiziya və Radiosunun xor kollektivi,  Rəna Talıbovanın bədii rəhbərliyi ilə “Sevil” vokal ansamblı və Xalq artisti, baş dirijor Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət xor kapellasının ifasında xalq mahnıları səslənib.

Konsert tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.

“Mədəniyyət” kanalının “Azərbaycan xalq manıları” adlı festivalının növbəti konserti oktyabrın 11- də saat 19: 00 –da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Giriş sərbəstdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!