SağlamlıqTəqdimatƏn Son

14 noyabr- Ümumdünya Şəkərli Diabetə Qarşı Mübarizə Günüdür

Kanada fizioloqu Frederik Bantinqin uşaqlıq dostu şəkərli diabet xəstəliyindən vəfat edib. Faciəli hadisə onu həmin xəstəliyin müalicəsi üçün vasitə tapmaq barədə axtarışa təhrik edib.

Qədim Roma təbibləri Sels və Aret bəzi xəstələrdə çoxlu sidik ifrazı, həddən artıq susuzluq əmələ gəldiyi və çəki itkisini qeyd edirdi. XVII əsrdə ingilis həkimi Tomas Uillis isə həmin əlamətlər olan xəstələrdə sidiyin şirintəhər dada malik olduğunu vurğulayırdı. XIX əsrdə isə nazik bağırsaqda nişastanın qlükozaya çevrilməsi və qaraciyərə daxil olan qan nəticəsində diabetə səbəb olması müəyyən edilmişdi. Lakin uzun əsrlər boyu “şəkərli diabeti” diaqnozu qoyulan xəstələr onunla mübarizə vasitələri tapa bilmirdilər və nəinki sağalmağa, hətta yaşamağa da ümid verən hormondan xəbərsiz idilər.

1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarında çıxarılıb.

Bantinq apardığı tədqiqatlarının nəticələrinə görə doktorluq dissertasiyası müdafiə edərək Toronto universitetində elmi dərəcə alıb. 1923-cü ildə Ontario vilayətinin hakimiyyət orqanları Toronto universitetində onun adına tibbi tədqiqatlar bölməsi təsis edib.

Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas etdi. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq olur. 1923-cü ildə biokimya və təbabət sahəsində Nobel mükafatı Bantinq və Makleoda verilib.

Hər yerdə olduğu kimi, Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi az hərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Bu il sentyabrın əvvəllərinədək ölkədə 241,3 min diabet xəstəsi qeydiyyata alınıb. Onlardan 29,8 mini II, 211,5 mini I növ şəkərli diabet xəstəsidir. Bundan başqa ölkəmizdə 1,5 min xəstə uşaq qeydiyyata alınıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!