FestivallarMusiqiMədəniyyət

ÜZEYİR HACIBƏYLİ ALİM, MUSİQİŞÜNAS, İCTİMAİ XADİM – ADLI KONSERT-KONFRANS KEÇİRİLƏCƏK

18-26 sentyabr 2017-ci il tarixində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakının möhtəşəm konsert zallarında, teatr səhnələrində və muzeylərində tanınmış musiqiçilər və kollektivlərin iştirakı ilə möhtəşəm musiqi bayramının keçirilməsi planlaşdırılmışdır.

20 sentyabr saat 15:00-da“Xəzər” Universitetində (Məhsəti küçəsi, 11, Neftçilər Kampusu) Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans keçiriləcəkdir. Tədbirdə “Xəzər” Universitetinin Kamera Orkestri (dirijor Cavad Tağızadə) və Rəqs ansamblı (bədii rəhbər Zülfiyyə Sadıqova), Xalq artisti Ramiz Quliyev, Ü.Hacıbəyli Ev muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov, Əməkdar incəsənət xadimləri, professorlar Zümrüd Dadaşzadə və Zemfira Qafarova, “Dissonans” musiqişünas heyəti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Məhsəti Cabbarova və Taleh Yahyayev iştirak edəcəklər. Konfransda dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş sənədli film nümayiş olunacaqdır.

Eyni zamanda XX əsər Bakının konsert musiqi həyatından, Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Aqşin Əlizadənin yaradıcılığından söz açılacaqdır. Musiqili proqramda “Xəzər” Universitetinin kamera orkestri və Rəqs ansamblı maraqlı musiqi və rəqs nümunələri ilə çıxış edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!