GözəllikMəsləhət

15 dəqiqəyə necə makiyaj etmək olar?

Demək olar ki, hamımız güzgü qarşısında ən azı 1 saat vaxt keçiririk. Lakin, elə anlar olur ki, harasa tələsirik və makiyaj etməyi çatdırmırıq. Təsəvvür edin ki, saatın zəngi çalır və yuxulu halda söndürüb yatırsınız. Birdə ayılırsınız ki, işə gecikmisiniz. Makiyaj etmək üçün isə cəmi 15 dəqiqə vaxtınız var.

Bunun üçün aşağıdakılara diqqət edin:

Panikaya düşməyin.
Üzünüzü toniklə silin.
Gündəlik krem çəkin.
Əgər tonal kremdən istifadə edirsinizsə bunu süngərin köməkliyi ilə çəkin.
Almacıq sümüklərini daha tünd rəngdə edin.
Göz ətrafınız üçün açıq rəngli tondan istifadə edin.
Pudra və yanaqlarınıza ənlik çəkin.
Tələsərkən karandaş və ya bu kimi yağlı vasitələrdən uzaq durun!
Gözlərinizə azca tünd rəngdə kölgə vurun və tuş çəkin.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!