Events

“Kardeşim Benim 2» filminin Qala gecəsi üçün biletlər artıq PARK CINEMADA satışdadır

30 noyabr saat 19:00-da, «Park Cinema» Flame Towers kinoteatrında «Kardeşim Benim 2» filminin möhtəşəm qala gecəsi baş tutacaq.

Qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçevit və xanımı Fəxriyyə Özçevit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin «Park Cinema» Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi  cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı gözləyir. Xatırladaq ki, sözügedən film 2016-cı ilin ən çox izlənilən filmləri siyahısında yer almış “Kardeşim Benim” filminin davamıdır. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləmişdir.  İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onla yenə bir araya gəlir. Xatırladaq ki, qala gecəsi üçün biletlər artıq satışdadır. Biletləri yalnız «Park Cinema» Flame Towers kinoteatrının kassalarından əldə edə bilərsiniz. 

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir. 

http://www.parkcinema.az/movies/view/5254/kardesim-benim-2#schedule

https://www.youtube.com/watch?v=1A0T-OSvmBU

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!