Maraqlı

16 dil bilən insandan 10 faydalı məsləhət

Kato Lomb kimyaçı ixtisasının olmasına baxmayaraq dünyada ilk sinxron tərcüməçilərdən sayılaraq öz dövründə üzdən 8 dildə tərcümə edə bilirdi. Ümumilikdə isə 16 dildə başa düşür və işləyirdi. Onun dövründə isə nə doğma dildə danışan səslər yazılmış audiodisklər, nə skayp, nə də dil məktəbləri mövcud idi.Kato Lomb

Maraqlısı odur ki, xanım Lomb danışdığı dillərin əksəriyyətini özü heç bir kömək olmadan öyrənmiş və bu işdə yalnız öyrəndiyi dildə hazırlanmış dərsliklərdən və bədii ədəbiyyatdan istifadə etmişdi. Onun yanaşmasının əsasında isə “dilə tam başvurmaq” prinsipi dayanır. Bu prinsipə şifahi dildə tez-tez rast gəlinən və istifadə edilən dayanıqlı söz birləşmələrinin öyrənilməsi, eləcə də orijinal mətnlərin oxunması ilə yanaşı qrammatikanın mənimsənilməsi daxil idi.

Kato Lomb yeni dil öyrənmək üçün 10 sadə lakin effektiv qaydaları müəyyən edərək onları öz “Mən dilləri necə öyrənirəm” kitabında izah etmişdir. Düşünürük ki, yeni dil öyrənən hər bir şəxs üçün bu məsləhətləri bilmək faydalı olacaqdır:

1.Dili öyrənməklə hər gün məşğul olmaq lazımdır. Vaxtınız olmayanda ən azı 10-15 dəqiqə ayıraraq yeni söz birləşmələrini oxuyun və ya təkrarlayın. Səhərlər bununla məşğul olmaq daha məqsədəuyğundur.
2.Dil öyrənmək həvəsiniz tez ölməyə başlayırsa, bununla məşğul olmaq üçün öz şəxsi alqoritminizi qurun. Məsələn, bir qədər məşğul olun, sonra bir qədər musiqiyə qulaq asın və gəzinti üçün azca da olsa vaxt ayırın. Lakin dil öyrənməkdən əl çəkməyin.
3.Kontekst (Məna) – hər bir şeydir. Heç vaxt sözləri ayrı-ayrılıqda öyrənməyin, kontekstdən maksimum bəhrələnin. Məsələn, əgər siz “strong wind” söz birləşməsini yadda saxlamısınızsa, sözlərdən biri avtomatik olaraq yaddaşda digər sözü də canlandıracaq.
4.Hazır ayrı söz ifadələrini yazıb danışıq zamanı onlardan tez-tez istifadə etmək faydalıdır.
5.Diqqətinizi çəkən hər bir sözü və ya ifadəni fikrinizdə tərcümə edin. Bu reklamlar, mahnı parçaları, dialoqlar, qəzet başlıqları ola bilər. Bu beyni məşq etdirir və eyni zamanda yaddaşın möhkəmləndirilməsi üçün də faydalıdır.
6.Çox da böyük olmayan mətn və dialoqları əzbərləyin. Lakin öncə bu materialın 100% düzgün yazıldığından və doğru məna kəsb etdiyindən əmin olun.
7.İşlətmək üçün hazır olan ifadələri və idiomları birinci şəxs adından qeyd edin və yaddaşınızda saxlayın. Məsələn: “I am only pulling your leg” (Mən sadəcə səninlə zarafat edirəm).
8.İstənilən xarici dili izolyasiya halında öyrənmək doğru deyil. Qalaya hücumu hərtərəfli təşkil etmək lazımdır: filmlərə baxmaq, orijinalda ədəbiyyat və qəzet oxumaq, dil daşıyıcıları ilə internetdə ünsiyyət qurmaq və s. çox vacibdir.
9.Səhv etməkdən qorxmayın, düzəlməmiş səhvlərdən qorxun. Heç bir şeyi heç vaxt yoxlamasız buraxmayın. Ən yaxşısı hər şeyi iki dəfə dəqiqləşdirin.
10.Əmin olun ki, nə olursa olsun siz dili öyrənəcəksiniz! Sözsüz ki vaxt gələcək və kəmiyyət keyfiyyətə çevriləcək və dil baryeri keçilmiş olacaqdır.

http://maraqli.info/16-dil-bilen-insandan-10-faydali-meslehet/?utm_source=ReviveOldPost&utm_medium=social&utm_campaign=ReviveOldPost

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!