EventsMədəniyyətSərgiTəqdimat

Bakıda “Tanış qeyri-tanışlar” adlı sərgi keçiriləcəkdir

“Qazelli” İncəsənət Evi əsərləri Bakıda, Azərbaycanda ilk dəfə nümayiş olunan Böyük Britaniya rəssamlarının birgə sərgisini təqdim etməkdən şərəf duyur. Novator əsərlər silsiləsini seyr etmək üçün nadir imkanlardan biri olan “Tanış qeyri-tanışlar” gündəmdə olan mövzu və müxtəlif məsələləri çağırışdıran bir sərgidir. “Domestic Alien” / “Tanış qeyri-tanışlar” yerdəyişmə ideyasına əsaslanaraq sosial və mədəni dəyərlər arasında fərqləri, həyat hadisələrinə aid ev və ailə anlayışı, eləcə də qloballaşmanın təsirlərinə dair dialoqu ehtiva edən bir layihədir.

Frans Akkermanın təxəyüllünün məhsulu olan qəribə mənzərələr tamaşaçını öz rənglərlə və abstrakt
formalarla dolu xoşbəxt dünyasına cəzb etməklə bərabər onu heyran qoyur. Onun ən son əsərləri olan “Chess Me” və “Direction Away” (2016 turizm və qloballaşmanın müasir gündəminə tənqidi yanaşması ilə genişmiqyaslı tanınır. Formalar və ayrı-ayrı rənglər evə bağlılıq ideyası ilə müqayisə olunmayacaq ümumi əsas yaradır. Çünki insanın ağlını başından alan və bu qədər geniş miqyaslı fantaziya aləmi daima inkişaf edir.

El Anatsuinin 14 illik yaradıcılığında siyasi, tarixi,sosial məsələlərə şamil edilmiş kolleksiyaları beynəlxalq miqyasda diqqət cəlb etmişdir. Sadə və təsadüfən tapılan tullantılardan düzəldilmiş heykəltəraşlıq nümunələri yaratmaqla El Anatsui istehlak, dəyişim və ətraf mühitdə yayılan müstəmləkəçilik haqqında müzakirələrə zəmin yaradır. İnsani dəyərlərin universal xarakterinə aid problemlərə, millətlər və xalqlar üçün ümumi əsaslara aid olan bu iş nəsillər arasında ölkələr daxilində və onlar arasında hərəkat nöqteyi nəzərindən varislik hissi yaradır.

Bütün dünyada bəyənilən və öz dövrünün ən təsiredici sənətçilərindən biri sayılan Mikelancelo Pistolettonun qabaqcıl yanaşması incəsənət və həyat arasındakı münasibəti anlamağa xidmət edir. Məşhur güzgülü rəsm əsərlərini şərh etməklə, Pistoletto yansıdıcı səthlərdən istifadə edərək şəkil və güzgü arasında keçid yaradır. O, ətraf mühitin bir hissəsi olmaqla sanki onu səth üzərində yenidən yaradır və hansısa bir anda tamaşaçı tanış və təhrif olunmuş reallığı görür.

Riçard Uilson Britaniyanın ən məşhur heykəltəraşlarından biridir, mühəndislik və tikinti sahəsindən ilhamlanaraq əsasən memarlıq sahəsindəki işləri ilə tanınır. Uilson gündəlik cismlərə və məkanlara yeni baxış bucağı təklif edir. Bizlərə tanış gələn obyektlərdən fərqli olaraq təhrif olunmuş “Blocka Flats” (2017) əsərində o, komod çəkməcələrindən sürreal əsər yaradıb.

Bakıda bu il yenilənmiş məkanın müvəffəqiyyətli açılışından sonra “Qazelli” İncəsənət Evi dünya səviyyəli, nüfuzlu beynəlxalq sənətkarların Azərbaycanda nümayiş etdirilməsindən qürur duyur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!