18 xanım rəssamın əsərlərindən ibarət rəsm sərgisi keçiriləcək

Aprelin 16-da Port Baku Mall Qalereyasında 18 xanım rəssamın əsərlərindən ibarət rəsm sərgisi keçiriləcək.

İştirakçılar: Turan Muxtarzadə, Ellada İsmayılova, Kəmalə Əliyeva, Lalə Şükürova, Səadət İsayeva, Marta de Quesada, Jasmin Frakassetti, Jalə Həsənova, Kubra Vəliyeva, Nərmin Sadıqova, Şamirə Ağayeva, Ayla Ağayeva, Məryəm Şirin, Gülnar Əliyeva, Pakize Kılınc, Aidə Ağayeva, Ayşə Qurbanovadır.

Sərgi istedadlı rəssamların şəhərimizin mədəni palitrasına daha bir töhfəsi olacaq. Onlar “bəşəriyyətin gözəl yarısı”nın –hər cür yaradıcılıq proseslərinin ilhamvericisi olan qadınların yüksək mənəvi missiyasını çox gözəl şəkildə əks etdirən “Təbiət, Qadın və Gözəllik” mövzusunu əsas konsepsiya olaraq seçiblər. Rəssamlar öz işlərində müxtəlif üslub və texnikalardan istifadə edib, kətan üzərində müxtəlif yaş kateqoriyası və ruh halına malik qadınları təsvir etsələr də, yaradıcılıq yüksəlişində ümumi təmas və vəhdət nöqtələrini tapa biliblər.

…və hər yaz fəslində Təbiət yuxudan oyanaraq yeniləndiyi kimi, Qadın da yenilənmək və daim mənəvi cəhətdən inkişaf etmək əzmindədir.

Ümid edirik ki, sərgi bütün ziyarətçilər üçün sevinc, ilhamlanma mənbəyi olacaq və onların da öz yaradıcılıq potensiallarını ortaya qoymasına təkan verəcək

Sərginin dəstəkçiləri “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyəti və Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə təşkilatlarıdır.

Sərginin informasiya dəstəyi Frame.az, Azərtac, Azeriobserver.az

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: