Baku City CircuitFormula 1

2017 Formula 1 Azərbaycan Qran Prisinin qalibi Bakıdadır

Xəbər verdiyimiz kimi, Red Bull komandasının pilotu Daniel Rikkardo 2017 Formula 1 Azərbaycan Qran Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərdədir.

O bu gün səfərin ilk günündə Bakı Şəhər Halqasının (BŞH) əməkdaşları və BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə şəhər turuna çıxıb.

İçəriŞəhəri gəzib dolaşdıqdan sonra Daniel Qarabağ Futbol klubunun üzvləri ilə görüşüb. Həm şəhər gəzintisi, həm də klubda görüşdə olarkən xeyli sayda azarkeş kütləsi onu izləyib.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai D. Rikkardonun Bakıya olacaq səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirərək Formula 1 azarkeşlərinin get-gedə artmasının sevindirici hal olduğunu vurğulayıb.

Qeyd edək ki, sabah Daniel Rikkardo həm azarkeşləri, həm də media nümayəndələri ilə görüşəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!