2018 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışına əlverişli qiymətlərlə start verilib

Dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 % endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

İlkin endirim kampaniyası yalnız tribunaya olan və 26-29 aprel 2018-ci il tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan 4 günlük biletlər də  bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftə sonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir.

Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün olan biletlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində 16-dan çox yaşa sahib olanlar aiddir və bu kateqoriyaya daxil hər bir şəxs özündən savayı ən çox 2 ədəd azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı 25 %-lik endirimdən yararlanan yerli sakinlərdə yarış həftə sonu ərzində yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir. Bu kampaniya ərəfəsində 4 günlük biletlərə əlavə olaraq ayaqüstü zonalara bir günlük bilet almaq mümkün olacaq. Bu zonalara bir günlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü üçün 100 AZN və bazar günü üçün 150 AZN-dir.

1 yanvar 2018-ci il tarixindən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq, yerli sakinlər üçün nəzərdə tutulmuş 25 %-lik endirim isə qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.

Paytaxt Bakının göz oxşayan mənzərəyə sahib mərkəzi küçələrində yenidən bolidlərin yüksək sürətinə şahid olmaq üçün təklif olunan ilkin endirim kampaniyasının qurtarmasına 3 həftənin qaldığı bir ərəfədə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün Formula 1 dünyasına müraciəti çox sadədir: Əvəz olunmaz endirimlər təklif edən ilkin kampaniya fürsətini qaçırmayın və 2018-ci ildə Bakıda bizimlə birlikdə olun!

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: