2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə Jamiroquai qrupu konsert verəcək

Fank musiqijanrının əfsanələri aprelin 27-də Kristal Zalda tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, gərgin mübarizə ilə dolu və əyləncəli keçəcək 2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal Zalında keçiriləcək.

Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan bu qrup “Grammy”, “Ivor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.

Jamiroquai-nın ilk albomu “Emergency on Planet Earth”adlanır və qrup bu albomu ilə davamlı inkişafda olub və böyük uğurlar qazanıb. Daha sonra qrup milyonlarla satışa nail olmuş yeni albomlar çıxarıb və bu albomlarda digər musiqi növlərindən, o cümlədən pop, rok, disko və elektronika janrlarından da ifalar səsləndirib. Qrup məşhur treklərindən “Virtual Insanity” ilə “MTV”-nin keçirdiyi Video Musiqi Müsabiqəsinin və “Grammy” Mükafatının 4 dəfə qalibi olub və həmçinin klassik janrda səsləndirdiyi “Space Cowboy”, “Deeper Underground” və “Feels Just Like It Should” mahnıları iləşöhrətini daha da artırıb. Bundan başqa Jamiroquai qrupu 1996-cı ildə çıxardığı “Travelling Without Moving” albomu fank musiqi janrı tarixində ən çox satılan albom ünvanı qazanaraq Ginnesin Rekordlar Kitabına daxil olub.

Dünya musiqisinin ən məşhurlarından olan “Chance the Rapper”, “Pharrell”, “Tyler the Creator”, “Jungle”, “Redman” və “The Internet” kimi tanınmış ulduzların böyük rəğbətini qazanan və həmçinin StiviVonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar nümayiş etdirən bu qrup dövrümüzdəhamınınböyük hörmət göstərdiyi aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunmaqdadır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: