Baku City CircuitEventsFormula 1MusiqiTəqdimat

2018 Formula 1 Azərbaycan Qran Prisinin son günündə britaniyalı ulduz Dua Lipa konsert verəcək

“Brit Awards 2018” müsabiqəsinin ikiqat qalibi aprelin 29-da Bakı Kristal Zalında səhnəyə çıxacaq

 Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa 2018 Formula 1 Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftə sonuna öz damğasını vuracaq.

Ötən illərdəki yarışlardan fərqli olaraq bu il dünya ulduzlarının verəcəyi axşam konsertləri Kristal Zalda keçiriləcək.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il“Spotify”-da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

Duanın “YouTube”-da baxış sayı 1 milyardı keçən “New Rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olmuşdur. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır.

2018-ci ilə nəzər salsaq, Duanın “IDGAF”adlı ən sonuncu mahnısı “Spotify”-da hələ ki, 5-ci yerdə qərarlaşıb. “New Rules” adlı mahnısı isə ABŞ-ın“Billboard Hot 100” siyahısında yer alır. Bütün biletləri satılmış Böyük Britaniya arena turuna hazırlaşan Dua bu həftəbaş tutmuş builki “BRIT Awards 2018” mükafatına 5 kateqoriya üzrə nominasiya ilə ən çox namizəd göstərilən ifaçıdır. Dua Lipabu nominasiyalardan ikisinin – “Ən yaxşı qadın solo ifaçı” (Best Female) və “Qısa müddətdə böyük uğur qazanan ifaçı” (Breakthrough Act) nominasiyalarının qalibi olub.

BŞH-nın icraçı direktoru Arif Rəhimov Dua Lipanın apreldə Bakıya gəlişinə belə münasibət bildirib:“Dünya musiqisinin ən istedadlı sənətçilərindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Dua Lipanın musiqi dünyasında sürətlə yüksəlməsinə, o cümlədən onun bu il Britaniyada böyük mükafatlar qazanmasına şahid olmaq olduqca həyəcanvericidir.Bakıda ardıcıl olaraq sayca 3-cü dəfə keçiriləcək Azərbaycan Qran Prisininbağlanış mərasiminiən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla sağollaşmaq üçün Dua ən uyğun seçimdir. Aprelin 29-u Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin”.

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçılarınBakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı iləkeçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!