“2019 İXRACA DƏSTƏK” layihəsi üzrə tədbir təşkil olunacaq

25.12.2018-ci il tarixində “2019 İXRACA DƏSTƏK” layihəsi üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində tədbir təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dəstəyi və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı ilə ixrac gömrük əməliyyatları və “2019 ixraca dəstək” layihəsi üzrə maarifləndirici tədbir və 2019-cu ilin yanvar ayı üçün təlim təşkil olunacaqdır.
Tədbir: Tədbirdə əsas məqsəd yerli istehsal ilə məşğul olan sahibkarlar ilə görüş keçirmək, görüşdə ilkin olaraq gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli istehsalın xarici bazarlara çıxarılması, ixracın stimullaşdırılması, sadələşdirilməsi istiqamətində “2019 ixraca dəstək” layihəsinin ixracatçıların diqqətinə çatdırmaqdır.
Tədbir, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, dekabr ayının 25-də saat 10:00 da baş tutacaqdır.
Təlim: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “My Broker” gömrük təmsilçiliyi tərəfindən ixrac zamanı tələb olunan zəruri sənədlərin hazırlanması, beynəlxalq daşınmada işlərin hansı addımlarla həyata keçirilməsi və digər ixrac prosedurları üzrə təlim keçiriləcəkdir.
Təlim, 2019-cu ilin yanvar ayı üçün nəzərdə tutulmuşdur, təşkil olunacaq təlim “ASAN” Təlim-Tədris mərkəzində baş tutacaqdır. İştirak etmək istəyən ixracatçılar tədbirin sonunda qeydiyyatdan keçə bilərlər.

Tədbirdə və təşkil olunacaq təlimdə iştirak etmək ödənişsizdir.
#birpencere #gömrük #ASANxidmət #ixracadestek

Əlaqə:
: +99412 4657284 (Çağrı mərkəzi)
📱: +99450 2010530
🌐www.mybroker.az
📍: Bakı və Sumqayıt və Quba “ASAN xidmət” mərkəzləri

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: