EventsMobil dünyaTəqdimat

2021-ci ilin ikinci rübündə asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

2021-ci ilin ikinci rübündə Kaspersky mütəxəssisləri saxta ödənişlər, pul köçürmələri və passiv gəlir də daxil olmaqla asan qazanc mövzusundan istifadə edən skam məktub göndərişləri ilə əlaqədar fırıldaqçılıq fəaliyyətində artım qeydə alıblar. Aprel-iyun ayları ərzində iki milyondan çox bu cürməktub aşkar edilib*. Bu 2021-ci ilin birinci rübü və ya 2020 -ci ilin dördüncü rübü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Əksər hallarda bu cür göndərişlər hədəf seçilən şəxsiguya komissiya məbləği olaraq az miqdarda pul ödəməyə məcbur etmək üçün yaradılır. Fırıldaq sxemi belədir: istifadəçi ona asan gəlir təklif edilən bir məktub alır. Əgər o, bu məktubdakı linkə daxil olursa, skam sayta düşür və müəyyən bir mərhələdəondan hər hansısa bir formada, məsələn, agentlik haqqı adı altında kiçik bir komissiya ödəməsi tələb olunur. Nəticədə bu “komissiya” kiber cinayətkarların cibinə gedir və məktubu alan şəxs bu “ödənişin” qarşılığında heç nə əldə etmir. Əlavə olaraq, o, şəxsi və ya ödəniş məlumatlarını belə bir sayta daxil edərsə, onların təhlükəsizliyini də riskə atmış olur.

Təcavüzkarlar məktub göndərişləri üçün müxtəlif üsullardan, o cümlədən, məşhur xidmətlərin avtomatik bildiriş funksiyalarından istifadə edə bilərlər. Hiylələr də çox fərqli ola bilər: məktubda kriptovalyutadan qazanc əldə etməklə əlaqəli və yaməşhur adamların biznes sxemlərindən nümunələrdən, bank ödənişlərindən danışıla bilər. Çox vaxt təcavüzkarlar təklifin guya məhdud olduğunu vurğulayır və ondan dərhal istifadə edilməsi üçün təkid edirlər.

“Dələduzlar pul və ya istifadəçi məlumatlarını ələ keçirmək üçün öz sxemlərində sosial mühəndislikdən fəal şəkildə istifadə edirlər. Asan qazanc, böyük uduş və ya qəfil ödəniş vəd edən bir məktub alsanız ehtiyatlı olmalısınız. İstifadəçini linkə daxil olmağa və lazımi addımları atmağa məcbur etmək üçün təcavüzkarlar tez-tez məhz bu cür əfsanələrdən istifadə edirlər. Bundan başqa, ümumiyyətlə yoxlanılmamış saytlarda ad və soyad, telefon nömrəsi, ünvan və ya bank kartı məlumatları kimi dəyərli məlumatları saxlamamalısınız”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Onlayn dələduzların tələsinə düşməmək üçün Kaspersky rəqəmsal təhlükəsizliyin müəyyən qaydalarına əməl etməyi tövsiyə edir:

məktub, sosial şəbəkə və messencerlərdəki şübhəli linklərə keçid etməyin;

şəbəkədə rastlaşdığınız olduqca səxavətli, xüsusilə asan qazanc və böyük ödənişlərdən söhbət açan istənilən təklifə son dərəcə həssas yanaşın;

fişinq və ya skam saytlarına keçidi önləyən etibarlı qoruma həlli, məsələn,Kaspersky Internet Security kimi bir həll quraşdırın

*2020-ci ilin oktyabrından 2021-ci ilin mayına qədərki dövrdə Kaspersky məhsullarına edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikası əsasında əldə edilmiş məlumatlar

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!