”21-ci əsr’də gənc”

z5-pkj4eh8Cavid Məmmədov ”21-ci əsr’də gənc” adı altında Litviyada keçirilən foto müsabiqədə ”Moskva metrosunun insanları ” layihəsi çərçivəsində çəkmiş olduğu fotolarla qalib gəlmişdir.

Cavid Məmmədov : “2012 ci ildən başlayaraq ‘’Moskva metrosunun insanları ‘’ adı altında foto layihə üzərində çalışıram. Demək olar ki , hər bir fotonun özünə məxsus fərqli bir hekayəsi var və bütün bu foto layihə çərçivəsində çəkmiş olduğum fotolar heç də asan başa gəlməyibdir .

Bu müddət ərzində Moskva metrosunda bir çox fərqli insanlarla qarşılaşaraq müxtəlif dostlar qazanmışam və eyni zamanda Moskva metrosunun mənə qazandırdıqları bunlarla bitmədiyi kimi, artıq bir neçə müxtəlif foto müsabiqələrdə də bu fotolarla naliyyətlər əldə etmişəm .

2015-ci ildə Litviyada ”21-ci əsr’də gənc” adı altında keçirilən beynəlxalq foto müsabiqəyə , Moskva metrosunda çəkmiş olduğum fotolarla qaliblər sırasına qoşulduğum da, doğru yöndə addımladığımın bir daha fərqinə vardım və daha həvəslə layihəyə davam edərək, yenə eyni ildə Rusiyada ‘’Ipa photography awards ’’ tərəfindən keçirilən xalq foto müsabiqəsində eyni layihə çərçivəsində çəkmiş olduğum fotolarla müsabiqəyə qoşularaq ‘’QIZIL’’ göstəricisi altında qalib oldum.

Sonra, layihəni daha da genişləndirməyə qərar verdim ve çox keçmədən ‘’The best of Russia’’ tərəfindən keçirilən foto müsabiqədə Rusiya üzrə ilin ən yaxşı fotoqraflarından birisi olaraq seçildim .

Hal-hazırda layihə üzərində işləməyə davam edirəm “.

cmazr1lkly0 4vvdtxjfpbk m6-2 pvx8zc3slmaFrame.az olaraq Cavidə uğurlar arzu edirik.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: