Xırdalanda müəllim gününə özəl maraqlı tədbir keçirilib

Xırdalan şəhəri 15 saylı uşaq baxçasında 5 oktyabr müəllimlərin peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Rayonun bütün məktəbəqədər təhsil ocaqlarında olduğu kimi, Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasında da Müəllimlər günü qeyd olunub. Bağçanın müdürü Mətanət Novruzova müəllimləri bu gün münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. M.Novruzova Abşeron rayonunda məktəbəqədər təhsil sahəsində aparılan islahatlardan, rayon rəhbəri İradə Gülməmmədova tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb. Sonra bağçanın balaca fidanları müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar oxuyub, əbədi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə baxçanın müəllim kollektivi, valideynlər və uşaqlar aktiv iştirak edib.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: