Beynəlxalq Muğam Mərkəzi möhtəşəm “Dəyirmi masa” layihəsinə start verir

Beynəlxalq Muğam Mərkəzi bir neçə iri miqyaslı  layihə həyata keçirir.
Bunlardan “Unudulmayanlar”, “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Aşıq musiqisi axşamları”, “Dastan gecələri” və.s. misal göstərmək olar.
“Dəyirmi masa” da müxtəlif mövzular əhatə olunacaq. Bu dəfəki mövzu “Muğamlar və qəzəllər” adlanır.
 Azərbaycanın ənənəvi şifahi  ifaçılıq tarixində mühüm yer tutan muğamlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci-Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın mədəniyyətimizə, muğam sənətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq  YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ   siyahısına daxil edilib. Muğam ifaçılığında muğamların şöbələrinə, güşələrinə uyğun qəzəllərin seçilməsi mühüm əhəmiyyət kəsb edir.
Qəzəl seçiminin muğam ifaçılığındakı yerini nəzərə alaraq, Beynəlxalq Muğam Mərkəzi qeyd etdiyimiz kimi “Dəyirmi masa” nın ilk mövzusunu qəzəllərin muğam ifaçılığındakı əhəmiyyəti məsələrəinə həsr edib. ”Dəyərmi masa”nın gələcək tədbirləri klassik qəzəl ustadlarımızın qəzəl yaradıcılığına həsr olunacaqdır. Layihə çərçivəsidə əruz vəzninin müxtəlif bəhrləri haqqında da maraqlı söhbətlər olacaq.
Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa”sının növbəti tədbiri  noyabrın 30- da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.

Beynəlxalq Muğam Mərkəzdə reallaşan “Dəyirmi masa”da Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA- nın Folklor İnsititunun direktoru, akademik Muxtar İmanov, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova,  Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev,  Milli Konservatoriyanın müəllimləri-Əməkdar müəllim Qəzənfər Abbasov,filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrədiin Baxşəliyev, muğam bilicisi Aqil Məlikov, Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı qəzəl janrının muğam ifaçılığı sənətindəki əhəmiyyətindən danışacaqlar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: