25-ci Dünya Skaut Camborisi 2023-cü ildə Koreya Respublikasında keçiriləcək

Avqustun 16-da Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının üçüncü günü Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) və Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının əməkdaşlıq məsələlərinə dair təqdimatla başlanıb.

Frame.az xəbər verir ki, sonra nümayəndələrə WOSM-un daha yaxşı dünya qurulmasına yönələn “Sülhün elçiləri” öncül layihəsi təqdim edilib.

Daha sonra Dünya Skaut Konfransının iştirakçıları Dünya Skaut Hərəkatı Təşkilatı tərəfindən dörd ildə bir dəfə (müharibə illəri istisna olmaqla) keçirilən beynəlxalq skaut toplantısı – Camborinin hansı ölkədə keçiriləcəyinə səs veriblər. Cambori hər dəfə skaut hərəkatının olduğu müxtəlif ölkələrdə keçirilir.

İştirakçılar Koreya və Polşa arasında seçim ediblər. Sonda əksər səslə Koreya Respublikası 2023-cü ildə 25-ci Skaut Camborisinə ev sahibliyi edəcək ölkə seçilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: