CinemaTəqdimatƏyləncə

“Terminator: Qara talelər” filminin qapalı nümayişi keçirilib

Oktyabrın 30-da “Park Cinema” kinoteatrlar şəbəkəsinin İMAX zalında “Terminator: Qara talelər” filminin qapalı  nümayişi keçirilib.

Hər zaman fərqli və təqdim olunan filmlərin mövzusuna uyğun təqdimatlarla seçilən Park Cinema, bu dəfə də qonaqları maraqlı şou proqram ilə təəcübləndirməyi bacarıb.

Belə ki, əsas terminator yəni (Arnold Şvarznegger) üç ölkəni (Hindistan, Meksika və İsrail) gəzərək öz sevgilisi Sarı Gəlin (Sara Konnor-u) Azərbaycanda tapıb. Şou proqramda rəqqaslar hər dörd ölkənin musiqi sədaları altında milli rəqsləri nümayiş etdiriblər.

Təqdimata gələn qonaqlar üçün foyedə photo stendlər yaradılıb, filmin əsas atributlarından biri olan motosiklet də gətirilib.

ABŞ və Çin istehsalı olan “Terminator: Qara talelər” filminin rejissoru Tim Millerdir. Baş rollarda Arnold Şvarznegger, Makkenzi Devis və Linda Hamilton çəkiliblər.

140 dəqiqəlik filmdə yaş həddi “16+”dur.

Film haqqında qısa olaraq qeyd edək ki,  Sara Konnor əsl terminator ovçusudur. İndi isə gələcəkdəki qatil robotların məhvi ilə məşğuldur. Saranın əsas məqsədi onların Cona çata bilməməsidir. Lakin qəfil Dani Romos peyda olur. Əgər Romos sağ qalarsa, bəşəriyyət ölümdən xilas olacaq. Sara ilə mübarizəyə robot və insanın sintezi olan əsrarəngiz Qreys də qoşulur.

Əminliklə qeyd edə bilərik ki, “Terminator: Qara talelər” franşizası illərdir təqdim edilən uğursuz filmlərdən sonra ilk layiqli və təqdirəlayiq ekran əsəridir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!