3×3 basketbol üzrə Qadın Liqasına start verildi

Oktyabrın 8-də 3×3 basketbol üzrə Qadın Liqasına start verildi. Oyunlar Atletlər parkının 3×3 basketbol arenasında keçirildi. Kəskin mübarizə şəraitində keçən Liqanın ilk turunda 8 komanda (16 yaşadək 4,16 yaşdan yuxarı 4) yarışırdı. Yarış dairəvi sisitem üzrə keçirildi.

16 yaşadək olan komandalar arasında 1-ci yeri BBA komandası tutdu. 2-ci, 3-cü yerləri “Girl Power” və “Nəriman “komandaları bölüşdürdülər.

16 yaşdan yuxarıların mübarizəsində “Qarabağ” komandasının qızları 1-ci yerə layiq görüldü, 2-də “Pokoleniye Z”, 3-də “Xarı Bülbül” komandaları qərarlaşdılar. Qaliblər kubok, medal və Azərbaycan Basketbol Federasiyasının dimlomları ilə mükafatlandırıldılar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: