EventsIqtisadiyyatMobil dünyaTəqdimat

50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!

Daha öncə elan edildiyi kimi, “Apple Inc.” şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” oktyabrın 15-dən etibarən ölkəmizdə ən son model “iPhone” cihazlarının satışını gerçəkləşdirir. Uzun müddətdir gözlənilən “iPhone 13”, “iPhone 13 Pro”, “iPhone 13 Pro Max” və “iPhone 13 Mini” smartfonları artıq “Azercell” Eksklüziv mağazalarında müştərilərin ixtiyarına verilib.

Ölkə ərazisini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Azercell” “Apple” şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, “Azercell”in Eksklüziv mağazalarından “iPhone 13”, “iPhone 13 Pro”, “iPhone 13 Pro Max” və “iPhone 13 Mini” smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunur.

Xatırlatmaq istərdik ki, hələ oktyabrın 8-dən etibarən yeni “iPhone” modellərinin limitsiz imkanlarını “Azercell”lə kəşf etmək üçün bütün müştərilərə öncədən sifariş imkanı yaradılıb.

Ən müasir texnologiyaları istifadəçi rahatlığı ilə bir araya gətirən yeni “iPhone” modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub.

Ətraflı məlumat üçün “https://www.azercell.com” saytına daxil ola bilərsiniz.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!