MusiqiMədəniyyət

6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı

Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziya təşkilatçılığı ilə 6 – cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq  Muğam Mərkəzində keçirildi. Dinləmələrin növbəti həftəsində Şah İsmayıl Xətainin qəzəllərinə müraciət edildi.

Münsiflər heyyətinin üzvləri respublikanın Xalq artistləri Əlibaba Məmmədov,Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar ittifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Muğam Televiziya Müsabiqəsinin icraçısı, Əməkdar incəsənət xadimi Nadir Axundov iştirakçıların çıxışlarını 10 ballıq sistemə əsasən qiymətləndirirlər.

Səhnəyə çıxaraq Vüsal Cəfərov Rast (Nəzr eyləmişəm sən kimi yarım olardı), Məftun Məmmədov Rast –Vilayeti, Dilkeş şöbəsi (Mənim ala gözlü yarım),  Nurlan Namazov   Şikəsteyi –fars, Əraq, Pəncigah (Ağ üzündə xalın),  Rəvanə Əmiraslanlı Zil Zabul, Valid abdullayev Mirzə Hüseyn Segahı (Nazlı yarım qara gözüm), Səma Sultanova Orta Mahur (Məni candan usandırdı), Mirəli Sarızadə Cahargah (Gözəllər içrə sən ey) ifa etdilər.

 Dinləmələrin növbəti günü Nüşabə Kərimova Segah (Peyman etdik), Taleh Hüseynli Mahur –Hindi ( Səhər səhər bağda gəzən nazənin), Türkan Orucova  Bayatı- Şiraz (Onu demə zalım yar), Məcid Əsri Humayun  (Qoy dolanım  bu dağların başına),  Almaxanım  Əlmədli Cahargah (Qadan mən alım), Pərviz Qasımov  Zabul (Ahu gözünü gördüm ahulər arasında) ifa etdilər.

Həftənin sonunda münsiflərin verdiyi qərarə əsasən

 Nurlan Namazov, Rəvanə Əmiraslanlı, Valid Abbasov, Səma Sultanova,        Mirəli Sarızadə, Almaxanım Əhmədli, Pərviz Qasımov  70 bal, Məftun Məmmədov, Məcid Əsri  69 bal, Türkan Orucova 67, Nüşabə Kərimova, Taleh Hüseynli 66 bal topladı.

Müsabiqənin qaydalarına əsasən ən az toplayan .Vüsal Cəfərov 63 bal ilə müsabiqədə iştirakını dayandırdı.

Müsabiqənin növbəti dinləmələri  8, 11 may Mərdəkan qəsəbəsində keçiriləcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!