67-ci Berlin Film Festivalı dünəndən etibarən start götürüb

Frame.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fransız rejissor Etienne Komarın “Django” filminin nümayişi festival açıq elan edilib.

“Potsdamer Platz” meydanında baş tutan açılış qalasından öncə məşhurlar qırmızı xalça üzərində poz veriblər. Onlar arasında futbolçu Cerom Boetanq, model Toni Qarn, rejissor Uim Venders və siyasətçi Klaudio Ros kimi tanınmışlar olub. Ümumilikdə 18 filmin “Qızıl ayı” və “Gümüş ayı” mükafatları üçün yarışacağı festivalda 72 ölkədən 399 film nümayiş etdiriləcək.

Almaniyada yaşayan türk aktrisalar Aylin Tezel və Sibel Kekilli də günün diqqət çəkən məşhurlarından olublar. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: