MədəniyyətTanış OlaqTəqdimat

7 yaşlı Mina Abbasova Macarıstanın I xanımının qarşısında çıxış edib

Macarıstanda Akkreditə Olunmuş Səfirlərin Xanımları Assosiasiyası Budapeştdə yerləşən “İnterkontinental” otelində ölkənin birinci xanımı Anita Gertseqin hamiliyi ilə xeyriyyə yarmarkası keçirib. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi yarmarkada ölkəmizi layiqincə təmsil edib.

Qonaqlara Azərbaycan mətbəxinin şirniyyatları, xalq tətbiqi sənəti nümunələri, milli yaylıqlar, bədii tikmələr, kitablar, milli musiqi sənətini təbliğ edən kompakt-disklər, müxtəlif suvenirlər təqdim olunub. Stendimizi ziyarətə gələn Macarıstan Respublikasının birinci xanımı Anita Gertsiqi Azərbaycan milli geyimində olan balaca rəqqaslar və Budapeştdə yaşayan həmyerlimiz, Bədii Gimnastika üzrə Macarıstan Kubokunun sahibi 7 yaşlı Mina Abbasova qarşılayıb. Tədbirin bədii hissəsundə balaca Mina öz məşhur nömrəsini təqdim edib.

Xatırladaq ki, Mina Abbasova buna qədər bütün Beynəlxalq tədbir və yarışlarda valideynlərinin müvəqqəti olaraq yaşadıqları Macarıstanı təmsil edib. O, ilk dəfə məhz bu tədbirdə – Macarıstanda Akkreditə Olunmuş Səfirlərin Xanımları Assosiasiyasının ölkənin birinci xanımı Anita Gertseqin hamiliyi ilə təşkil olunan xeyriyyə yarmarkasında Azərbaycan adına çıxış edib. Onun çıxışı tedbir iştirakçıları tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb. Balaca Mina həmin gün böyük sevinc hisslərini yaşadığını bildirib: “Mən doğrudan da fəxr edirəm ki, Azərbaycanlıyam!”.

Qeyd edək ki, tədbirdən əldə olunan vəsait Macarıstanda xeyriyyə məqsədləri üçün sərf ediləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!